PSJdə xaos artır

02.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Bradley Barkola və PSJ yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, cinah oyunçusu mövsümə yaxşı başlayıb və Luis Enrikenin oyununda əsas fiqur olub.

Klub fransızı yeni müqavilə ilə mükafatlandırmağa hazır idi, lakin indi müzakirələr dayandırılıb.

Məlumata görə, Barkola ispan məşqçinin tələblərindən narazıdır - aralarındakı gərginlik artmaqda davam edir.

Oxşar problemlər Enrikenin Usman Dembele də daxil olmaqla bir çox digər futbolçularla münasibətlərində də müşahidə olunur.

Yayılan məlumata görə, məşqçinin taktiki yanaşması futbolçuları qane etmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью