Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne qış transfer pəncərəsində komandanı tərk edə bilər. Niderlandın PSV klubu 35 yaşlı futbolçunun transferi üçün hərəkətə keçib.
İdman.Biz İtaliyanın “Il Mattino” nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçunun bir neçə komanda yoldaşı ilə münasibətlərində problem yaranıb.
De Bruynenin hücumçu Rasmus Höylund və komandanın kapitanı Covanni Di Lorenso ilə fikir ayrılıqları yaşadığı bildirilir. Bu səbəbdən Neapol təmsilçisinin rəhbərliyi futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam vermək variantını nəzərdən keçirir. Klub bu yolla yarımmüdafiəçinin illik 6 milyon avro (təxminən 11,9 milyon manat) təşkil edən maaşına qənaət etmək istəyir.
De Bruynenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Transfer jurnalisti Nikolo Şiranın məlumatına görə, PSV belçikalı futbolçunun transferində əsas namizədlərdən biridir. Eyndhoven təmsilçisi rəsmi təklif hazırlayır və artıq oyunçunun agenti ilə ilkin danışıqlar aparıb.
Qeyd edək ki, De Bruyne 2025-ci ilin yayında İngiltərənin “Mançester Siti” klubundan azad agent kimi “Napoli”yə keçib.