PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı

06.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı

PSV ilə oyunda zədələnən “Ayaks”ın 19 yaşlı müdafiəçisi Bouvman xəstəxanaya yerləşdirilib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, Erediviziyanın son turunda “Ayaks” və PSV arasındakı qarşılaşmanın 80-ci dəqiqəsində, hesab 1:2 olarkən xoşagəlməz hadisə baş verib.

PSV-nin futbolçusu Van Bommel topa gec çataraq Bouvmanla sərt toqquşub. Başla topa çıxan Bouvman toqquşmadan sonra yerə yıxılıb və baş nahiyəsində ağrılar hiss edib. O, oyunu davam etdirə bilməyib.

Bouvman qarşılaşmadan dərhal sonra xəstəxanaya aparılıb. Müayinələr zamanı onun ağciyərində əziklər aşkar olunub. 19 yaşlı futbolçunun qarşıdakı oyunlarda iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, qarşılaşma PSV-nin 3:1 hesablı qələbəsi başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью