Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Niderlandın PSV komandası Erediviziyanın 34-cü turunda Rotterdamın "Sparta" klubunu məğlub edərək ölkə çempionu olub.
Oxu.Az xəbər verir ki, oyun Rotterdamdakı "Sparta Het Kasteel" stadionunda baş tutub və qonaqların 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
PSV çempionatı 79 xalla birinci yerdə başa vurub. Komanda ikinci yeri tutan "Ayaks"ı bir xalla qabaqlayıb. "Sparta" isə 39 xalla 12-ci yerdə qərarlaşıb.