PSV Perişiçi buraxmadı

28.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

PSV-nin futbolçusu İvan Perişiç komandadan ayrılmayacaq.

QOL.az xəbər verir ki, Niderland təmsilçisi cinah oyunçusu ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.

36 yaşlı vingerlə yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ötən mövsüm Perişiç 39 oyun keçirib, 16 qol vurub və 11 məhsuldar ötürmə verib.

Qeyd edək ki, xorvatiyalı futbolçu karyerası ərzində "Borussiya" (Dortmund), "İnter", "Bavariya" "Tottenhem" kimi məşhur klubların da formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью