PUA Belqorodda avtomobilə çırpıldı: ölü və yaralılar var

04.08.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Belqorod vilayətinin Oktyabrski kəndində pilotsuz uçuş aparatının avtomobilə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bölgənin əməliyyat qrupundan verilən məlumata görə, hücum zamanı maşında olan qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Qəlpə yaraları alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib, həkimlər onlardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью