PUA hücumu: İzmaildə Türkiyə gəmisi vuruldu Video

17.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusunun Ukraynanın İzmail limanına PUA zərbələri nəticəsində Türkiyə bayrağı altında üzən mülki gəminin göyərtəsində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın İcma və Ərazi İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəmi təxminən 4000 ton mayeləşdirilmiş qaz daşıyırmış.

Xatırladaq ki, Rusiya ordusu Odessa vilayətinin bir sıra şəhərlərində enerji və liman infrastrukturuna hücum edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью