PUA hücumu nəticəsində Livan generalı ölüb

06.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 6 iyun, AZƏRTAC

İsrail pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Livan ordusunun iki hərbçisi ölüb.

AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Xardəli-Nəbatiyyə yolu üzərində hərəkətdə olan hərbi nəqliyyat vasitəsinə PUA hücumu nəticəsində briqada generalı Vesam Sabra və onu müşayiət edən daha bir hərbçi həlak olub.

Livan Ordusunun yaydığı bəyanatda hücum “vəhşi və təcavüzkar zərbə” kimi qiymətləndirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə çərşənbə günü iki ölkə arasında yeni atəşkəs razılaşması əldə edildikdən cəmi bir neçə saat sonra İsrail və “Hizbullah” arasında qarşılıqlı zərbələr qeydə alınıb.

Bundan əvvəl “Hizbullah” İsrail və Livan hakimiyyətləri arasında əldə edilmiş atəşkəsin şərtləri ilə razılaşmadığını bəyan etmişdi. Qruplaşmanın lideri Naim Qassem cümə axşamı bildirib ki, “işğal davam etdiyi müddətdə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik”. O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью