PUA hücumu: Qazaxıstandan qaz idxalı dayandırıldı | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Orenburq qaz emalı zavodu PUA hücumu səbəbindən Qazaxıstandan xammal qəbulunu müvəqqəti dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Energetika Nazirliyi yayıb.
“2025-ci il oktyabrın 19-da Orenburq qaz emalı zavodunda PUA hücumu nəticəsində qəza vəziyyəti yaranıb, nəticədə müəssisə Karaçaqanak yatağından xammal qazın qəbulunu müvəqqəti dayandırıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Rusiyanın Orenburq vilayətində qaz emalı zavoduna PUA hücumu edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu