PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

24.01.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi altı kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью