“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş keçirilib

08.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində ölkəmizə səfər edib.
Görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью