PUA təhlükəsi: hava limanında nə yaşanır? Son durum

08.05.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Rusiyanın Moskva şəhərindən Bakıya planlaşdırılan reysi 1 sutkadır gecikir. Paralel olaraq Bakıdan Moskvaya uçuşlar da təxirə salınıb. “Azərbaycan Hava Yolları”nın (AZAL) Mətbuat Xidmətindən bildirildi ki, yaranan vəziyyətə səbəb Moskvanın hava məkanının bağlı olmasıdır.

Globalinfo.az-ın hava limanında olan əməkdaşının verdiyi məlumata görə, Bakıdan Moskvaya uçan təyyarə 7 may səhər saat 08:45-də yola düşməli olsa da, uçuş baş tutmayıb:

“Ayın 7-nə Moskvaya biletimiz var idi. Belə ki, J2 181 reysi ilə səhər saat 08:45-də uçmalı idik. Saat 06:30 AZAL-dan bizə bildirdilər ki, Moskvada PUA təhlükəsi olduğu üçün Rusiya uçuşları dayandırıb, iki saat sonra uçuş bərpa olmalıdır. Lakin bu iki saat gecə saat 12-yə qədər davam etdi və biz otelə qayıtdıq. Çünki uzun müddət hava limanında oturmaq mümkünsüzdür. Uçuşların nə zaman bərpa olması haqda dəqiq məlumat yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью