Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Krasnoyarskdan Kazana uçan təyyarə alternativ aerodroma yönləndirilib.
Publika.az xəbər verir ki, bu barədə Kazan hava limanının mətbuat xidməti məlumat yayıb.
Aydın olur ki, Krasnoyarsk - Kazan avialayneri Kazan hava limanının fəaliyyətinə PUA hücumlarına görə tətbiq edilən məhdudiyyətlər səbəbindən ehtiyat Beqişevo hava limanına enəcək.
“Krasnoyarskdan Kazan hava limanına uçan təyyarə, komandirin qərarı ilə Beqişevoya yönləndirilib”, - məlumatda deyilir.
Hazırda Kazan hava limanında 12 reysin gəliş-gediş vaxtı dəyişdirilib.
Tural