Puç olan ümidlər

03.12.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Azərbaycan Kubokunda mübarizəni dayandırıb. Paytaxt təmsilçisi 1/8 finalda “Zirə” səddini aşa bilməyib.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşün taleyini bir qol həll edib. Oyuna əlavə edilmiş dəqiqələrdə fərqlənən meydan sahibləri adını 1/4 finala yazdırıb.

İlk hissədə “Zirə”, ikinci hissədə “Neftçi” daha basqılı olmasına baxmayaraq, qapılar qarşısında ciddi təhlükə yaradılmadı. Komandaların ehtiyatlı oyunu oyunu əlavə vaxta apardı. “Ekstralar”ın bitməsinə az qalmış isə “Neftçi” müdafiəsindəki diqqətsizlik qolla yekunlaşdı və “Zirə” növbəti mərhələyə yüksələn tərəf oldu.

Baş məşqçisi Samir Abasovla vidalaşan və vəzifələrini müvəqqəti icra edən Sənan Qurbanov ardıcıl ikinci oyunda nəticə verə bilmədi. Daha öncə hücumda effektivliyi ilə seçilən “ağ-qaralar” son iki matçda toplasan 5 qol epizodu yarada, ya yaratmaya.

Premyer Liqada avrokuboklara vəsiqə zonasından uzaq düşən “Neftçi” üçün kubok marafonu da erkən başa çatdı. İlin əvvəlində çempionluq iddiası ilə yola başlayan “ağ-qaralar” üçün sürpriz olmasa mövsüm titulsuz başa vurulacaq. Lider “Qarabağ”dan 13 xal geri düşən paytaxt klubunun bu oyunla fərqi aradan qaldırması bir yana, azaltması belə çətin görünür…

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью