Puerto Riko klubu Sumqayıtda oynayacaq

11.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Sumqayıt mərhələsinin iştirakçılarından altısı dəqiqləşib. Sport24.az xəbər verir ki, millimizin rəqibləri arasında 4 yığma və 1 klub olacağı müəyyənləşib.

Qazaxıstan, Latviya, Fransa və Polşa milliləri Sumqayıtda iştiraklarını təsdiqləyiblər. Puerto-Rikonun "Karolina" klubu da turnirə qatılacaq.

Qeyd edək ki, 12 komandanın qatılacağı mərhələ iyulun 26-27-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью