Icma.az, Oxu.az saytına istinadən bildirir.
Puerto-Rikonun Narnito şəhərində beşmetrlik ilan alman çobanitini udub.
Oxu.Az xəbər verir ki, bu barədə "Need To Know" məlumat verib.
Qeyd olunub ki, Xose Qonqo Morales adlı şəhər sakini heyvanın evdə olmadığını görüb və bundan sonra faciə onun gözləri önündə baş verib. O, itini xilas etməyə çalışsa da, heç nə edə bilməyib. Morales qeyd edib ki, bu, son bir həftədə ikinci belə hadisədir.
Ev heyvanını xilas etmək üçün Morales dostlarını köməyə çağırıb. Onlar ilanı tutaraq qarnını yarıblar. Həmin şəxslər hadisəni lentə alıblar. Onların səylərinə baxmayaraq, ilanın qarnından çıxarılan it artıq nəfəs almayıb.