Pul hər şey deyil Gənclərdən yaşlılara etiraz

02.02.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Fevralın 2-si Azərbaycan Gəncləri Günüdür.

Gənclik arzular, seçimlər və bəzən də cəmiyyətin diktə etdiyi qərarların kəsişdiyi bir dövrdür.

Maraqlıdır, bəs gənclərə ən çox hansı yanlış məsləhətlər verilir? Yaşlılar gəncliklərinə qayıtsalar, nəyi dəyişərdilər? Gənclərin həyatına daha çox nə təsir edir - ailə, cəmiyyət, yoxsa sosial media?

Oxu.Az-ın əməkdaşı bu suallarla Bakı sakinləri arasında sorğu keçirib:

"Pul hər şey deyil" - Gənclərdən yaşlılara etiraz

Verilən cavablar fərqli baxış bucaqları ilə yanaşı, bu günün gənclərinin üzləşdiyi reallıqları da ortaya qoyur.

Sorğu iştirakçısı olan gənclərin fikrincə, onlara verilən ən yanlış məsləhət peşə seçimi ilə bağlıdır.

"Valideynlər gəncləri hansı peşəyə gedəcəyi barədə yönləndirir, bəzən isə öz mənafeyini güdərək onları yalnız pula istiqamətləndirirlər. Pul hər şey deyil", - respondentlərdən biri deyib.

"Gəncliyinizə qayıtsanız, nəyi dəyişərdiniz?" sualını cavablayan bəzi sakinlər cavanlıq dövrlərinin çətin keçdiyini vurğulayıblar:

"Çox şeyi dəyişərdim. İndi yaşamaq daha asandır. Biz yaşamamışıq, çox işləyib, zəhmət çəkmişik. İndi elə iş-güc yoxdur".

Sorğuda ən çox müzakirə edilən məsələlərdən biri də gənclərə təsir edən amillər olub.

İştirakçıların bir qismi sosial medianın təsirindən danışaraq bildirib ki, orada hər şey mükəmməl görünür. Bu da gənclərdə "onda var, məndə niyə yoxdur?" düşüncəsi yaradır.

Digər qisim isə cəmiyyətin gənclərə daha çox təsir etdiyini düşünür:

"Sən bacarmayacaqsan" kimi ifadələr gəncləri ruhdan salır".

Salatın Aslan

Video: Əqdəm Qasımov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью