Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? İQTİSADÇI

02.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Nağdsız ödənişlərin təşviqi və maliyyə əməliyyatlarına nəzarətin gücləndirilməsi fonunda Azərbaycanda bank köçürmələri ilə bağlı 20 min manatlıq limit məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. Bu təşəbbüs və ya müzakirə olunan məhdudiyyət əhali arasında bank hesabları vasitəsilə həyata keçirilən əməliyyatların gələcəyi ilə bağlı suallar doğurur.

Avtosfer.az xəbər verir ki, üsusilə iri məbləğli köçürmələr edən vətəndaşlar və sahibkarlar üçün bu məsələnin hansı nəticələrə səbəb olacağı maraq doğurur.

Mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli Avtosfer.az-a müsahibəsində qeyd edib ki, 20.000 manat mövzusu artıq 10 ildən çoxdur ki ölkəmizdə müzakirə edilir. Bu qayda 2016-cı ildən sonra qüvvəyə minib.

“Bu məsələ qeyri-rəsmi bir tapşırıqdır. Banklar bunu daxili qaydaları kimi izah edir. Ona görə qeyri-rəsmi tapşırıq deyirəm ki, bu qayda cəmiyyətdə elan edilən normasiv hüquq-akt formasında deyil.

Məsələn, manatınızı dollara çevirmək istəyirsəz, 20.000 manata qədər vəsaitli sizə sorğusuz-sualsız dəyişəcəklər. 20.000 manatı keçəndən sonra sənədlər tələb edilməyə başlayacaq. Amma niyə 20.000 manatdır? Heç kim hələ bu sualın cavabını bilmir.

Dəfələrlə Mərkəzi Bankın iclaslarında soruşuruq ki, belə bir tələmatınız varmı? Onlar da deyirlər ki, belə bir təlimat olmayıb. Amma qeyri-resmi razılaşmalar var. İndi də Maliyyə Monitorinqi Xidməti hardasa 20 min manat tələbini göstərdi.

Ölkədə yazılmayan qayda var ki, 20.000 manata qədər əməliyyatları eləmək olar və buna göz yumulur, soruşulmur. Bunun özü də məntiqlidir, nisbətən kiçik əməliyyatdır və bunun üçün də hər şeyin yoxlanılmasına ehtiyacı yoxdur”.

Ekspertin sözlərinə görə, məsələnin önəmli tərəfi məhz əməliyyatlara tətbiq edilən 20000 manat limiti deyil. Önəmli olan bu məbləğin kimlərə təsir etməsidir.

“Bu yazılmayan qanunun sıravi, işləyən, sadəcə ortalama maaş alan vətəndaşa aidiyyəti yoxdur. Bunları hesablaya da bilərik. Bakıdakı orta aylıq əməkhaqqı məbləğini yuvarlaqlaşdırıb 1.200 manat olaraq nəzərdə tutaq. Ailə də 4-5 nəfərdən ibarətdir, həmin ailədə işləyənlər, götürək elə orta aylıq əməkhaqqı məbləğini alırlar. Təbii ki, yuxarı maaş alan da var, aşağı alan da, hələ bunun vergisi də var. Məsəl üçün, ombudsman və deputatlar daha çox alır. Amma orta hesabla bu qədərdir ölkə üzrə. Vətəndaş dedikdə, biz orta aylıq əməkhaqqı ilə hesablamalıyıq. Tutaq ki, ailədə 2 nəfər işləyir, 1200-ü vurun 2-ə, 2400. Bu 2400-ü də vurun 12-ə, 28800. Çox gümanki 20000 məsələsi qüvvəyə minəndə vətəndaşın orta aylıq əməkhaqqısı daha aşağı olub.  Vətəndaşın illik gəliri orta hesabla 25-30 min arasıdır.

Yəni gəlirləri bu cicarda olan, orta aylıq masala işləyən vətəndaşlara tətbiq edilən 20-50 min məsələsinin heç bir aidiyyəti yoxdur. O ki qaldı gəlirləri daha yüksək olan, bizneslə məşğul olan vətəndaşa, təbii ki burada vəziyyət fərqlidir. Məsələn, əvvəllər bəzi vergidən yayınan şəxslər gizli, yaxud qanunsuz işlərini arxa planda görən, gizli çantalarla bağlı qapılar arxasında həll edərdilər. İndi dövlət qanuni bir şərait, lüks yaradıb və bundan hər kəsin qanunla istifadəsini təmin edir. Lakin həmin o gizli işlərini həll etməyə çalışanlar da qanunsuz işlərini dövlətin yaratdığı imkanlardan istifadə etməyə cəhd edirlər.

Yəni bu şəxslər konfortlu şəkildə elektron köçürmələr vasitəsilə edilməsi, təbii ki, narahatlıq doğurur. Bu proses həm də qanunsuz pul dövrüyəsi, çirkli pulların yuyulması hökumətin, dövlətin yaratdığı infrastrukturla ola bilməz ki. Təbii ki, vətəndaşın 20 mindən artıq da köçürməyə ixtiyarı var, ay ərzində 50 mindən də artıq köçürməyə ixtiyarı var. Amma söhbət ondan gedir ki, hökumət deyir ki, bundan sonra bu cür məbləğlərdə köçürmə etdikdə, Maliyyə Monitorinqi Xidmətinin yoxlama bazasına daxil ediləcəksən. Orada da sorğu gələcək və biz orada onlara sənəd verəcəyik. Yəni, söhbət ondan getmir ki, 20 min və ya 50 min köçürmə qadağası var. Söhbət ondan gedir ki, bir əməliyyatda 20 min, ay üzrə 50 min manatdan çox olanda siz artıq yoxlama altına düşürsünüz. Burada da təbii ki, sizin gəlirlərinizə baxılırr, lazımdırsa əməliyyatı dondurub sizdən sənəd istəyirlər ki, bu pulun mənbəyi nədir? Ev satmısızsa, evin alqı-satqı sənədlərini göndərirsən, atadan, babadan miras qalıbsa, miras sənədini göstərirsən və s. Yəni, burada söhbət ondan gedmir ki, əməliyyat qadağası var”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью