Pul üçün hər şeyi satmaq Düyməni kim basıb?

18.03.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Siyasətdə çox şey ola bilər, amma ailəni və qadını bu işlərə qatmaq artıq mənəviyyatın bitdiyi yerdir. Son günlər ortaya çıxan şantaj hadisəsi göstərir ki, bəzi adamlar üçün daha müqəddəs dəyər qalmayıb.
Xaricdə oturub özünə bloqer deyənlər, internetin ən çirkin saytlarından başqa qadınların videolarını oğurlayıb, bunu Azərbaycanın tanınmış və nüfuzlu ailəsinə yamamağa çalışıblar. Bu, nə tənqiddir, nə jurnalistika, açıq-aşkar ləkələmə kampaniyasıdır. Başqasının görüntüsünü kiminsə adına çıxarmaq artıq sözlə ifadə olunacaq məsələ deyil.
Hadisənin daha iyrənc tərəfi isə pul söhbətidir. Saxta videolarla 5 milyon avro tələb etmək artıq “informasiya müharibəsi” yox, primitiv şantajdır. Elə biliblər ki, montaj edib, yalan danışıb kimisə küncə sıxışdıracaqlar.
Ən qəribəsi nədir? Saxlanılan adamın özü deyir ki, videolara inanmır. Deyir ki, “feykdir”. Amma yenə də həmin “feyk” materialla 5 milyon avro tələb edir. Bu artıq kriminaldan çox psixoloji portretdir. Məqsəd puldur, vasitənin doğru olub-olmaması isə ikinci plandadır.
Amma məsələ bununla bitmir. Səs yazılarından da görünür ki, bu iş təkcə bir-iki nəfərin ağlı deyil. Görünür, kimlərsə xaricdən "düyməni basıb" və bu adamlara icazə verib ki, gedin bu çirkinliyi yayın. Amma bu oyunları quranlar bir şeyi anlamırlar. Bizim cəmiyyətdə qadın, ana, bacı müqəddəsdir. Kiminsə ailəsinə dil uzatmaq, saxta videolarla şantaj etmək bizim mənəviyyatımıza yaddır.
Bu gün susmaq asandır. “Mənə dəxli yoxdur” demək də asandır. Amma unutmaq olmaz: bu gün bir qadının adına atılan ləkə sabah çoxlarının qapısını döyə bilər. Ona görə də məsələ təkcə bir nəfərlə bağlı deyil. Bu, cəmiyyətin özünə münasibət məsələsidir.
Ailə toxunulmazdır. Qadın müqəddəsdir. Bu sərhədi keçənlər isə gec-tez öz qurduqları oyunun içində itib-batırlar. Çünki yalan çox gedə bilmir , həqiqət gec də olsa, gəlib hamının qarşısında dayanır.
Sonda isə bu adamın nə qazanacağı sualı maraqlandırır.
Pul? Böyük ehtimalla yox.
Reputasiya? Onsuz da yoxdur.
Nəticə? Həbs.
Yəni qısa yoldan böyük qazanc əldə etmək istəyən biri, ən qısa yolla özünü məhvə aparır. Və bu hadisə bir daha göstərir ki, saxta materialla qurulan “plan”ın nəticəsi yaxşı olmur.
İslam
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью