Bakupost saytına istinadən Icma.az xəbər verir.
Hazırda abituriyentlərin ixtisas seçimi prosesi davam edir, lakin son vaxtlar bu sahədə narahatlıq doğuran məqamlar müşahidə edilir. Bəzi şəxslər abituriyentlərdən ixtisas seçiminə kömək adı ilə 100-150 manat tələb edirlər. Qeyd edək ki, bir neçə il öncəyə qədər belə hallar yox idi və tələbələr seçimlərini özləri edirdilər. İndi isə sual yaranır: abituriyentlər niyə ödənişli köməyə ehtiyac duyur və bu proses həqiqətənmi mürəkkəbdir?
Bakupost.az BTV-nin təhsil eksperti Vüsal Kərimli ilə bu mövzuda süjetini təqdim edir: