Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Saatlı rayonunda qohumlar arasındal borcu üstündə yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 28-də rayonunun Mustafabəyli kəndində baş verib. 1965-ci il təvəllüdlü Mehdi həmin gün saat 17 radələrində yaşadığı evin həyətində qohumu Şirxanın (adlar şərtidir – red.) ondan borclu olduğu pulu istəməsinə görə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra qohumlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Bu səbəbdən onlar dalaşıblar. Dava-dalaş zamanı Mehdi yerdən götürdüyü taxta parçası ilə Şirxanın sol qoluna və qabırğa nahiyəsinə bir neçə zərbə vurub.
Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxsdən üzr istəyib, onunla barışıb. O, əlavə edib ki, zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur.
Bu cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxarana zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 28-də rayonunun Mustafabəyli kəndində baş verib. 1965-ci il təvəllüdlü Mehdi həmin gün saat 17 radələrində yaşadığı evin həyətində qohumu Şirxanın (adlar şərtidir – red.) ondan borclu olduğu pulu istəməsinə görə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra qohumlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Bu səbəbdən onlar dalaşıblar. Dava-dalaş zamanı Mehdi yerdən götürdüyü taxta parçası ilə Şirxanın sol qoluna və qabırğa nahiyəsinə bir neçə zərbə vurub.