Pula görə Rusiya ordusuna qoşulan Goranboy sakini imdad diləyir VİDEO

11.07.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya ordusuna qoşulan Azərbaycan vətəndaşı – Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyev yardım istəyir.

"AzPolitika" xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdə videomüraciəti yayılıb.

Goranboy sakini qeyd edir ki, maddi sıxıntılar səbəbilə bu addımı atıb və indi peşmandır.

Onun sözlərinə görə, hal-hazırda Rusiyanın Komeqa şəhərində yerləşən hərbi poliqonlardan birində saxlanılır. 

O, Azərbaycan ictimaiyyətindən və dövlətindən ona yardım göstərilməsini, ordudan çıxmaq və ölkəyə qayıtmaq üçün imkan yaradılmasını istəyir.

Həmin müraciəti təqdim edirik:

Pula görə Rusiya ordusuna qoşulan goranboylu imdad diləyir Rusiya ordusuna qoşulan Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyev indi kömək istəyir.

Posted by Aqil Lətifov on Thursday, July 10, 2025


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью