Pula həris gələcəyimiz… Təbriz VƏFALI YAZIR | Icma.az
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təbriz VƏFALI Azərbaycan İnformasiya Mərkəzinin direktoru *** Pulun ilahi varlıq sayıldığı məmləkətdə varlılar Allahlıq iddiasına düşərlər.
Ta bineyi-qədimdən böyüklərimizdən eşitmişik ki, uşaqlar bizim gələcəyimizdir.
Ona görə də azyaşlılara daim sevgi və qayğı göstərmək lazımdır.
Amma… Amması budur ki, uşaqlıqdan gözü ac, könlü ac böyütdüyümüz övladlarımıza qayğımızı və diqqətimizi lazımi səviyyədə göstərə bilmirik.
Göstərməyə də imkan verilmir… Müəllimlər günündə, bayramlarda müəllimlərə bahalı hədiyyə, böyük məbləğdə pul verənlərin daha çox sevildiyini və hörmət sahibi olduğunu, onların özbaşınalıqlarına göz yumulduğunu, eləcə də imkanlı şəxslərin öz övladlarını orta məktəblərə bahalı maşınlarda gətirdiklərini və həmin uşaqlara ən son dəbdə olan qiymətli paltar-ayaqqabı geyindirildiyini görən kasıb ailədən olan azyaşlılarımız pulun ilahi qüdrətini erkən yaşdan anlamağa başlayırlar.
Pulsuzluq üzündən il uzunu parklarda bahalı attraksionlardan, maşınlardan, oyuncaqlardan və sairdən istifadə etməkdən məhrum qalanda, girişləri pullu olan özəl istirahət məkanlarına daxil olan varlı balalarını görəndə, Yeni il bayramında Şaxta Babaya və Novruz bayramında Bahar qızına, həmçinin onların hədiyyələrinə həsrət qalanda aztəminatlı ailələrin uşaqları az qala var-dövlətə, sərvətə, qızıla, mal-mülkə, bahalı maşınlara ilahi varlıq, varlılara Tanrı kimi baxmağa başlayırlar.
Beləcə pula tapınma dövrü başlayır. Əksər valideynlərin maddi durumları zəif olduğundan azyaşlılarımız yarıtox, yarıac, tələbatı ödənmədiyin
Tam oxu
Xəbəri oxu