Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Milan"ın futbolçusu Kristian Pulişiç İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" və "Arsenal" ABŞ-li vingerlə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, hər iki klub 2027-ci ilin sonunda müqaviləsi başa çatacaq 27 yaşlı oyunçunu yayda heyətlərinə qatmaq üçün yarışacaqlar.
Qeyd edək ki, "Milan" ABŞ millisinin üzvü olan Pulişiçi 2023-cü ildə "Çelsi"dən 20,8 milyon avroya transfer edib. O, bu mövsüm "rassonyerilər"in heyətində iştirak etdiyi 20 rəsmi matçda 10 qol və 2 assistlə yadda qalıb.
Mourinyo Portuqaliya millisində?! - MÜTƏXƏSSİSƏ YENİ DƏVƏT Türkiyə millisinin üzvü A Seriyası klubunda qalacaq Hansı oyun, hansı kanalda? - TV AFİŞA Bir hekayənin sonu: NEYMAR KARYERASINI BİTİRİR? "Yunayted" İtaliya millisinin üzvü ilə maraqlanır