Pulkovo hava limanı fəaliyyətini dayandırıb

17.07.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə yerli vaxtla saat 5:08-də Rosaviatsiya nümayəndəsi Artem Korenyako öz Telegram kanalında məlumat verib.

O qeyd edib ki, daşımaların təhlükəsizliyini təmin etmək üçün hava limanı reysləri qəbul etmir və göndərmir. Pilotlar, aviadispetçerlər və hava limanının xidmətləri bütün lazımi tədbirləri görür, Korenyako əlavə edib.

"Sərnişinlərin və uçuşların təhlükəsizliyi prioritet olaraq qalır", - Rosaviatsia vurğulayıb.

Bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgədə PUA-nın hücum təhlükəsi elan edildiyini bildirmişdi.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью