Pulla attestat verilməsi ilə bağlı iddialara Rəsmi cavab

12.06.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb. 

İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunmuşdu. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью