Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya maliyyə bazarlarında investorların istiqaməti dəyişir. Son bir həftə ərzində qlobal səhm fondlarına 50,99 milyard dollar xalis investisiya daxil olub. Bunun böyük hissəsi Avropa fondlarının payına düşüb.
Bizim.Media bildirir ki, Reuters-in LSEG Lipper məlumatlarına istinadən yaydığı xəbərə görə, noyabrın 11-də başa çatan həftədə Avropa səhm fondlarına 35,13 milyard dollar vəsait yönəldilib. Bu, 2021-ci ilin iyunundan bəri qeydə alınan ən böyük həftəlik investisiya axınıdır.
Məlumata əsasən, ABŞ səhm fondlarına 6,6 milyard dollar, Asiya fondlarına isə 6,15 milyard dollar investisiya daxil olub.
 

Avropa bazarlarına marağın artması bir sıra amillərlə əlaqələndirilir. Güclü korporativ maliyyə nəticələri və neft qiymətlərinin aşağı düşməsi investorların regiona marağını artıran əsas səbəblər sırasında göstərilir.


Qeyd edək ki, bu dövrdə Avropanın STOXX 600 fond indeksi də rekord səviyyəyə yüksəlib.
Bununla yanaşı, qlobal istiqraz fondlarında 507,89 milyon dollarlıq xalis vəsait çıxışı qeydə alınıb. Pul bazarı fondlarından isə 37,48 milyard dollar vəsait çıxarılıb.
Maliyyə bazarlarında baş verən bu dəyişikliklər investorların kapitalı müxtəlif regionlar və aktivlər arasında yenidən bölüşdürdüyünü göstərir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью