Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"İdmançılarımızın yaxşı pul qazandıqları halda, onu nə dərəcədə səmərəli xərcləyib-xərcləmədiklərindən xəbərim yoxdur. Amma Visa xaricdə qatıldıqları yarışlarda - Avropa və dünya çempionatları, Yay Olimpiya Oyunlarında onların kartlarının düzgün işləməsinə, vəsaitlərinin düzgün istiqamətə yönəlməsinə yardımçı olacaq".
Redaktor.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
"Pulları banka da, corabın içinə də qoymaq olar. Kim hansına üstünlük verirsə, bu, onun şəxsi işidir", - Hüseynzadə əlavə edib.
Qeyd edək ki, MOK Visa ilə tərəfdaşlıq müqaviləsi imzalayıb (sportnet.az).