Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Manatın xarici valyutalara çevrilməsi məsələsi son illərdə həm əmanətçilər, həm də gündəlik vəsaitlərini qorumağa çalışan vətəndaşlar üçün aktual mövzulardan birinə çevrilib. Xüsusilə qlobal bazarlarda baş verən dəyişikliklər, inflyasiya təzyiqləri və valyuta kurslarının dalğalanması insanların seçimlərini daha da çətinləşdirir.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bənzər qərarların qəbul edilməsi dəyişkən şəraitdə, müxtəlif şərtlərin formalaşdırdığı konyunkturaya əsaslanır:
"Ona görə də qərarın qəbul edildiyi ana uyğun yanaşma ortaya qoyulmalıdır. Məsələn, bir neçə ay əvvəl dolların davamlı ucuzlaşmasını, avronun isə möhkəmlənməsini bazarda müşahidə edirdiksə, İran ABŞ İsrail konflikti fonunda monetar sərtləşmə istiqamətində siyasətlərin ortaya çıxacağı ilə bağlı gözləntilər dolların möhkəmlənməsinə səbəb oldu. Həmin qısamüddətli dövrlərdə avro, funt və digər valyutaların dollara nisbətdə ucuzlaşmasını müşahidə etdik.
Bir çox amillər əmtəə qiymətlərinin dəyişməsinə, siyasətlərin yenilənməsinə və nəticə etibarilə bəzi valyutaların dəyərinin artmasına, bəzilərinin isə azalmasına gətirib çıxarır".
Ekspert deyib ki, mütəxəssislər avro və funtun möhkəmlənəcəyini, bunun əvəzində ABŞ dollarının isə zəifləyəcəyini proqnozlaşdırırlar:
"Lakin insanlar bu məsələdə daha diqqətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan manatının məzənnəsi ABŞ dollarına sabitlənib və digər valyutalara nisbətdə üzən rejimə yaxındır. ABŞ dollarının məzənnəsi əsasında çarpaz məzənnə ilə manatın digər valyutalara nisbətdə dəyəri formalaşır.
Bu baxımdan vətəndaşlara tövsiyə olunur ki, əgər öz yığımlarını xarici valyutada saxlamaq barədə qərar veriblərsə, ilk növbədə ABŞ dollarının məzənnəsi ilə bağlı proqnozlara diqqət yetirsinlər. Dolların digər valyutalara nisbətdə necə dəyişəcəyi ilə bağlı məlumatlar əsasında manatın da həmin valyutalara qarşı dəyərinin hansı istiqamətdə dəyişə biləcəyini müəyyən etmək mümkündür. Buna uyğun olaraq da daha düzgün maliyyə qərarları qəbul edilə bilər", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bənzər qərarların qəbul edilməsi dəyişkən şəraitdə, müxtəlif şərtlərin formalaşdırdığı konyunkturaya əsaslanır: