Pullarınızdan muğayat olun, dolların hegemonluğu sona yetir

29.01.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Devalvasiya olacaq?” – həftədə bir neçə dəfə mənə verilən sual. Əslində, devalvasiya da, revalvasiya da bizdə az qala hər gün olur.

Ölkə.Az xəbər verir ki, bunu bank eksperti Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, manat faktiki dollara bağlanıldığı üçün “sabit məzənnə” dedikdə sırf dollara olan məzənnə ehtiva olunur. Dollar özü dünyada ucuzlaşanda manat da digər valyutalara münasibətdə devalvasiyaya məruz qalır və əksinə. 

Ekspert bildirib ki, dolların hegemonluğu sona yetir. Trampı hakimiyyətə gəlişi ilə ən çox borcu olan ABŞ-ın iqtisadi çöküşünün qarşısının alınması hədəflənib. “Amma dünyada yeni modelə keçid qaçılmazdır. Odur ki, pullarınızdan muğayat olun”, - deyə o söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью