Pullu dayanacaq problemi: Qeydiyyatda olmayan ailə üzvlərinə pulsuz parklanma imkanı veril…
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Bakı şəhərində pullu parklanma yerlərinin tətbiqindən sonra bir çox sakinlər avtomob
Oxu.Az-a daxil olan şikayətdə bildirilir ki, ailədə dörd nəfərin avtomobili olmasına baxmayaraq, yalnız bir nəfər - ata yaşadığı binanın yax
"Biz ailədə altı nəfərik. Atamla birgə dördümüzün avtomobili var.
Problem ondadır ki, valideynlərimizin yaşadığı binanın ətrafında pullu dayanacaqlar təşkil edilib.
Biz atamgilə qonaq getdikdə avtomobillərimizi park etmək üçün mütləq ödəniş etməli oluruq.
Səbəb olaraq göstərirlər ki, həmin ünvanda qeydiyyatda deyilik.
Bu nə dərəcədə doğrudur və bu vəziyyətdə ödənişsiz dayanacaqdan necə yararlana bilərik?" ,- deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ödənişli dayanacaqlarda yalnız həmin ərazi üzrə qeydiyyatda olan şəxslərə fərdi parklanma talonu təqdim olunur.
Tam oxu
Xəbəri oxu