Pulluya düşən bəzi tələblər ödənişsizə keçə bilər Məleykə Abbaszadə AÇIQLADI

26.09.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış "Peşə seçimi" alətinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Elm və Təhsil  Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq. 

"Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir"- deyə o qeyd edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью