Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır

23.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün nəzərdə tutulan pulsuz ictimai nəqliyyat xidmətinin sonuncu günü açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, noyabrın 25-dən etibarən konfrans iştirakçıları artıq avtobus, metro və dəmir yolundan ödənişsiz istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə etmişdi.

Bu güzəşt proqramı tədbir iştirakçılarının şəhərdaxili logistikasını asanlaşdırmaq məqsədi daşıyırdı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью