Pulsuz oynamağa hazır idim, amma onlar başqa seçim etdilər

05.02.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Lorenso İnsinye yanvar ayında "Napoli"yə qayıda biləcəyini bildirib.

Sportal.az xəbər verir ki, qış transfer pəncərəsində 2012–2022-ci illərdə "Napoli"də çıxış etmiş 34 yaşlı vinger Serie B təmsilçisi "Peskara"ya keçib.

"Təxminən 20 gün əvvəl agentimə direktor Covanni Manna zəng etdi və mənim qayıdışım ehtimalı müzakirə olundu. Mən geri qayıtmağa və pulsuz oynamağa hazır olduğumu bildirdim, amma onlar başqa seçim etdilər. Yenə deyirəm, bunu ürəyimə salmadım, çünki mən hələ də “Napoli”nin böyük azarkeşiyəm.

“Napoli”nin turnir cədvəlində bir qədər geridə qalmasına təəssüflənirəm, amma ümid edirəm və inanıram ki, onlar hələ sözlərini deyəcəklər. Son aylarda azarkeşlərin sevgisini hiss edirdim. Bu məni sevindirir, çünki Neapolda keçirdiyim 12 il ərzində, skudetto qazanmasam da, iz qoymuşam". – deyə İnsinye "Sky Sport"a müsahibəsində bildirib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью