Pulsuzluq da infarkt yaradır DİQQƏT

24.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Davamlı stress və xroniki iltihablanma ürəyin strukturunda dəyişikliklərə səbəb olaraq infarkt, insult və digər ürək-damar xəstəlikləri riskini artıra bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu nəticə London İmperial Kollecinin alimlərinin apardığı genişmiqyaslı araşdırmada əldə edilib. Tədqiqatın nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.

Araşdırmada Böyük Britaniyanın tədqiqat məlumat bazasından 488 079 nəfərin məlumatları təhlil edilib. Alimlər iştirakçıların ürək müayinələrini, qan analizlərində iltihab göstəricilərini, genetik məlumatlarını, bədən yağının səviyyəsini, eləcə də sosial-iqtisadi vəziyyət, siqaret çəkmə, fiziki aktivlik, yuxu, qidalanma, tənhalıq, narahatlıq və hava çirkliliyi kimi amilləri araşdırıblar.

Nəticələr göstərib ki, yüksək səviyyəli xroniki iltihablanma ürəyin daha kiçik boşluqları, daha qalın divarları və ürəyin hər döyüntüdə daha az qan pompalaması ilə əlaqəlidir. Bu dəyişikliklər ürək çatışmazlığından əvvəl meydana çıxa bilər.

İltihab göstəriciləri ən yüksək olan iştirakçıların izləmə müddətində infarkt və ya insult kimi ciddi ürək-damar hadisəsi keçirmə ehtimalı ən aşağı göstəricilərə malik şəxslərlə müqayisədə 43 faiz daha yüksək olub.

Araşdırmada, həmçinin iltihablanmanın sosial-iqtisadi çətinliklər və psixoloji sıxıntı ilə əlaqəli olduğu müəyyən edilib. Bununla belə, tədqiqat stressin birbaşa olaraq iltihablanmaya və ürəkdəki dəyişikliklərə səbəb olduğunu sübut etmir. Alimlər gündəlik stress və sosial-iqtisadi amillərin xroniki iltihablanmaya, bunun isə ürək-damar xəstəlikləri riskinin artmasına töhfə verə biləcəyini bildirirlər.

London İmperial Kollecinin tədqiqatçısı Declan O'Regan sosial amillər və psixi sağlamlıqla iltihablanma və ürək zədələnməsi arasındakı əlaqənin diqqətçəkən olduğunu bildirib.

Tədqiqatçılar iltihabın ürəyə təsirində genetik amillərin də rol oynadığını müəyyən ediblər. Araşdırmada iltihablanma ilə ürək zədələnməsi arasındakı əlaqəni izah edə biləcək bəzi zülallar da müəyyənləşdirilib. Bu nəticələrin gələcəkdə yeni müalicə üsullarının və riskləri müəyyənləşdirən qan testlərinin hazırlanmasına kömək edə biləcəyi bildirilir.

Mütəxəssislər siqaretdən uzaq durmaq, fiziki aktivliyi artırmaq, sağlam qidalanmaq və piylənmənin qarşısını almaq kimi addımların ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə biləcəyini vurğulayırlar.

Gülər 
"Cebheinfo.az

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью