Pulu harda saxlamaq daha təhlükəsizdir? Rəy | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir. Əvvəllər pul saxlamaq üçün ən güvənilən yer bank kartları hesab olunurdu.
Son günlər dələduzluq halları çoxaldığından insanlar pullarını kartlarında saxlamağa ehtiyat edirlər.
Cibgirlər rəqəmsal dövrdə dünyanın istənilən yerində bank kartından pul çəkə bilirlər.
Belə olduğu halda əksəriyyətini maraqlandıran sual gündəmə gəlir. Pulları harda saxlamaq daha təhlükəsizdir?
Bu barədə Moderator.az-a danışan iqtisadçl Günay Həsənova deyir ki, bank sektoru müəyyən kütlə arasında etibarlı sayılır: “Lakin əhalinin bir qisminin də banka etibar etməməsinin öz haqlı səbəbləri var.
1990-ci ildə kütləvi səkildə banka qoyulan pullar batdı, bu gün isə kütləvi oğurluq halları artıb.
İnsanlar bunu sosial şəbəkə, televiziyalardan görür, hətta canlı şahidi olanlar da var.
Oğurluq halları bütün banklarda deyil, əsasən təhlükəsizlik tədbirləri zəif olan banklarda baş verir”.
Tam oxu
Xəbəri oxu