Pulumu halal etmirəm Bəstəkar tərəfindən aldadılan MÜĞƏNNİ

15.02.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəstəkarlardan biri müğənni Xatun Əliyevanı aldadıb. 

Redaktor.az xəbər verir ki, o bu barədə "Həmin Zaur" verilişinə qonaq olarkən bildirib.

Sənətçi bəstəkarın ona plagiat mahnı satdığını deyib:

"Bu mahnı yenidir. Amma bəstəkarın adını çəkməyəcəyəm. Halal eləmirəm. Bu mahnını oxumaq istəmirdim. Nəsə səhv getdi... Bu mahnını yazan bəstəkar məndən pul alıb və başqa bəstəkarın bəstələdiyi bəstəni oğurlayıb. Notları da eynidir. Deyir ki, bu mahnının musiqisini mən bəstələmişəm. Plagiyat ola bilər amma notların bu qədər eyni olması düzgün deyil. Ayıb olsun sənə...!"

Ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью