Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” (Video)

24.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"TikTok"da gördüyü elan vasitəsilə işə düzəlmək istəyən şəxs aldadılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ayıq sürücü işləmək istəyən Mərdəkan sakini Eldar Əliyev elan sahibləri tərəfindən aldadıldığını iddia edir.

Şikayətçinin sözlərinə görə, müraciət etdiyi "Nightdriver" ayıq sürücü şirkəti tərəfindən vəd edilib ki, onu vatsap qrupuna əlavə edəcəklər və ordan sifariş alacaq. Bunun üçün ondan 60 manat alınıb. Amma sonra nə telefon zənglərimə cavab verən olub, nə də sifariş verən.

"Mən isə pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm", - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı sözügedən "Nightdriver" ayıq sürücü şirkətindən sorğumuza cavab olaraq bildirildi ki, xidmətin rəhbəri Orxan Hüseynzadənin ailəsində qəfil itki yaşandığı üçün sifarişlər dayandırılıb. Eldar Əliyevə də bu barədə məlumat verilib. Oktyabrın 25-dən etibarən xidmət yenidən aktivləşdiriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью