Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan I Liqasının VII turu çərçivəsində keçirilən “Mingəçevir” – “Baku Sportinq” oyununda ev sahibi komandanın məşqçisi Namiq İbrahimli cəzalanıb.
AFFA İntizam Komitəsinin açıqlamasına görə, məşqçi matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid edib.
Bu səbəbdən də o, 5 oyun cəzalanıb və “Mingəçevir” komandası 400 manat cərimə edilib.
Nə baş verdiyini bilmək üçün bölgə komandasının məşqçisi ilə əlaqə saxladıq.
İbrahimli İdmanxeber.az saytına baş yaşananlarla bağlı bunları dedi: “AFFA-nın mənim barəmdə verdiyi cəzadan xəbərim var.
Ancaq gəlin analiz edək görək, orada nə baş verib. Heç kim durduğu yerə hakimə etiraz etməz.
Orada qeyd edilib ki, hakimi təhqir və təhdid etmişəm. Oyun Zəfər Günü baş verib.