“Pulumuz yoxdur ​Pezeşkiandan etiraf

29.08.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian ölkə iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirərək gəlirlərin azaldığını, xarici valyuta ehtiyatlarının məhdudlaşdığını və dolların məzənnəsinin daha da yüksələ biləcəyini deyib.

Dövlət televiziyasına müsahibəsində müharibənin İran iqtisadiyyatına vurduğu zərərdən danışan Pezeşkian bildirib ki, ölkənin maliyyə imkanları məhdudlaşıb və gəlirlər azalıb.

“Bizim pulumuz, gəlirimiz yoxdur. Müharibə zamanı zərbə aldıq və hər şey məhv oldu. İşsiz olanlara belə maaş verə bilmirik”, - Pezeşkian deyib.

Dövlət başçısı xarici valyuta ehtiyatlarının azaldığını qeyd edərək, dolların dəyərinin hazırkı səviyyəsindən daha yüksək ola biləcəyini vurğulayıb.

Prezident sanksiyaların davam etməsinin qiymət artımlarını sürətləndirə biləcəyini bildirib. Onun sözlərinə görə, idxal və ixrac kəskin şəkildə azalıb və ölkənin gəlirləri ilə xərcləri arasında uyğunsuzluq yaranıb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью