​Pulumuzu necə qoruyaq? Depozit, yoxsa dollar?

04.02.2026

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

İnflyasiya və qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda əhalini düşündürən əsas suallardan biri əlimizdə olan vəsaitin necə qorunmasıdır. Vətəndaşlar əsasən iki seçim arasında qalırlar: pulu bank depozitində manatla saxlamaq, yoxsa dollara çevirərək yığım etmək.

Metbuat.az bildirir ki, bank depozitləri nisbətən təhlükəsiz maliyyə aləti hesab olunur. Depozitlər üzrə faiz gəliri əldə etmək mümkündür və vəsaitin sığortalanması riski azaldır. Lakin depozit faizi inflyasiya səviyyəsindən aşağı olduqda, pul real dəyərini itirə bilər. Xüsusilə uzunmüddətli yığım üçün bu amil əsas risk kimi qiymətləndirilir.

Pulun dollara çevrilməsi isə daha çox dəyərin qorunması məqsədi daşıyır. Dollar qlobal ehtiyat valyutası olsa da, nağd şəkildə saxlanıldıqda əlavə gəlir gətirmir. Qazanc yalnız valyuta məzənnəsində artım olacağı təqdirdə mümkündür. Digər tərəfdən, dollar da qlobal inflyasiya və beynəlxalq iqtisadi proseslərdən təsirlənir.

Maliyyə mütəxəssisləri bildirirlər ki, bu iki seçim arasında qəti üstünlük yoxdur. Ən məqsədəuyğun yanaşma şəxsi maliyyə planına uyğun olaraq vəsaitin bir hissəsini bankda, bir hissəsini isə valyutada saxlamaqdır. Belə balanslı yanaşma həm riskləri azaldır, həm də vəsaitin dəyərinin qorunmasına kömək edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью