Puma ulduz idmançının şərəfinə ayaqqabı buraxdı

06.06.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Puma" şirkəti ABŞ-nin "İndiana Peysers" basketbol klubunun ulduzu Tayriz Halibertonun adını daşıyan ilk idman ayaqqabısını təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə brendin sosial şəbəkə səhifələrində məlumat yayılıb.

Məlumata görə, ayaqqabı "Hali 1" adlanır. Basketbolçu onu ilk dəfə bu axşam NBA final seriyası çərçivəsində "Oklahoma Siti" ilə birinci oyunda geyinəcək.

İdman ayaqqabısı 2025-26 NBA mövsümü ərəfəsində sentyabr ayında mağazalarda satışa çıxarılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью