“Puma” xalı dizaynına keçdi

27.08.2026

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Puma” bu dəfə ayaqqabı dünyasının hüdudlarından kənara çıxaraq Hindistanın köklü sənətkarlıq markalarından biri olan “Jaipur Rugs” ilə əməkdaşlıq edib.

Əməkdaşlıq çərçivəsində “Puma”nın idman üslublu dizayn dili ənənəvi hind motivləri və əl işçiliyi ilə birləşir. Beləliklə, markanın ikonik pişik loqosu alışdığımız kimi ayaqqabı və ya idman geyimlərinin üzərində deyil, xalçaların üzərində qarşımıza çıxır.

 Bu əməkdaşlığı maraqlı edən yalnız məhsullar deyil. Çünki layihə idman mədəniyyəti ilə ənənəvi sənətkarlıq arasında gözlənilməz körpü yaradır. Son illərdə brendlərin öz kateqoriyalarından kənara çıxmaq tendensiyası artarkən, “Puma” da həyat tərzi dünyasını fərqli sahələrə daşıyan markalar sırasına qoşulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью