Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənnilər Pünhan Priyev və Nəfəs Məmmədovanın məclislərin birində çəkilən səmimi görüntüləri sosial mediada müzakirə mövzusuna çevrilib.
Milli.Az xəbər verir ki, ifaçılar tədbirlərdən birində eyni masada əyləşərkən kameraların obyektivinə tuş gəliblər. Görüntülərdə Pünhan Priyevin qolunu Nəfəs Məmmədovanın çiyninə ataraq onu başından öpməsi diqqət çəkib.
Sənətçilərin bu yaxın davranışı izləyicilər tərəfindən fərqli qarşılanıb. Sosial şəbəkə istifadəçiləri kadrlarla bağlı müxtəlif fikirlər bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)