Puqaçova Kiprdə rus jurnalistə hücum etdi VİDEO

11.03.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edən müğənni Alla Puqaçova Kiprdə rusiyalı jurnalistlə qarşılaşıb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, xalq artisti onu görüntüləyən jurnalistə qarşı kobudluq edərək üzərinə hücum edib.

Jurnalist xanım bu anları videoya çəkərək internetdə yayımlayıb.

Müğənni ona "Nə üçün Rusiyanı tərk etdiniz?" sualını ünvanlayan jurnalistlə kifayət qədər kobud danışıb və əli ilə obyektivi örtməyə çalışıb.

Puqaçova "Mən vətənpərvərəm, sən isə həyasızsan" deyərək oradan uzaqlaşıb.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью