Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Rusiyalı şoumen və komediyaçı Maksim Qalkinin sosial şəbəkədə paylaşdığı çimərlik görüntüləri müzakirələrə səbəb olub. Bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri onun həyat yoldaşı Alla Puqaçova olmadan istirahət etməsinə diqqət çəkərək müxtəlif iddialar irəli sürüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Voice” nəşri məlumat yayıb.
Maksim Qalkin bir gün əvvəl sosial media hesabında çimərlikdən görüntülər paylaşıb. Kadrlarda onun əlində kokos tutaraq sahildə gəzdiyi və çəkilişi aparan şəxsə gülümsədiyi görünür.
Paylaşımın ardından Belaruslu televiziya aparıcısı Anna Bondarçuk şərh bölməsində zarafatla Qalkinin kiməsə “siqnal göndərdiyini” yazıb.
“Maksim kimə siqnal göndərir? O sevgili haradadır?” – deyə aparıcı qeyd edib.
Bu şərhdən sonra bəzi Rusiya mediasında Qalkinin Alla Puqaçovaya xəyanət edə biləcəyi ilə bağlı fərziyyələr yayılıb. Lakin bununla bağlı hər hansı təsdiqlənmiş məlumat və ya fakt təqdim edilməyib.
Mediada yayılan xəbərlərə görə, Qalkin hazırda 77 yaşlı həyat yoldaşı Alla Puqaçova olmadan istirahət edir. Bəzi mənbələr bunun səbəbini həkimlərin müğənniyə uzun müddət günəş altında qalmağı məsləhət görməməsi ilə əlaqələndirirlər.