futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Konfrans Liqasında mübarizə aparan “Zirə” hücumçu axtarışındadır.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Rəşad Sadıqov rəqabətli komanda formalaşdırmaq istəyir və hücum oyunçularının sayını artırmaq niyyətindədir.
Hazırda mütəxəssisin sərəncamında Yeqor Boqomolski ilə David Volkov var. Lakin iki forvardla mövsümü keçirməyin çətin olduğunu anlayan Sadıqov azı daha bir “qol maşını” transferini arzulayır.
“Zirə” bir müddət Rusiyanın “Fakel” klubunda çıxış edən Belajdi Pusi üçün şifahi danışıqlar aparsa da, alban hücumçu Azərbaycana qayıtmaq istəməyib. 28 yaşlı forvard daha əvvəl “Turan Tovuz” və “Şamaxı”da çıxış edib.
“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Torpedo”nu 3:0 hesabıyla məğlub edib. Cavab görüşü iyulun 16-da olacaq. Qəsəbə klubu yeni hücumçu transferini II təsnifat mərhələsinin oyunlarına qədər yekunlaşdırmaq arzusundadır.
Şahin Cəfərov