Püşk atıldı son çempion debütantla başlayacaq

09.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Türkiyə Super Liqasında 2026/27 mövsümünün püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, son çempion “Qalatasaray” birinci turda debütant “Çorum”la qarşılaşacaq.

Çempionatda “Fənərbağça” ilə “Qalatasaray” arasındakı ilk derbinin də vaxtı məlum olub. Komandaların birinci dueli 9-cu turda, “Qalatasaray”ın meydanında olacaq.

Super Liqada mövsümə avqustun 14-də start veriləcək.

Türkiyə Super Liqası
2026/27 mövsümü, I tur

Beşiktaş – Eyüpspor
Gənclərbirliyi – Fənərbağça
Qalatasaray – Çorum
Kasımpaşa – Trabzonspor
Başakşəhər – Kocaelispor
Samsunspor – Göztəpə
Qaziantep – Alanyaspor
Amed – Ərzurumspor
Konyaspor – Rizəspor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью