Puşkaş mükafatının qalibi bilindi

18.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü il üzrə "Puşkaş" mükafatının qalibi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, “Mançester Yunayted”in argentinalı hücumçusu Alehandro Qarnaço olub.

Onun İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə 13-cü turun “Everton”la matçında vurduğu qol 2024-cü ilin ən yaxşı qolu seçilib.

Qeyd edək ki, 20 yaşlı Qarnaço “Mançester Yunayted”in yetirməsidir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, "Puşkaş" mükafatına "Qarabağ"ın futbolçusu Yassin Benzia da namizəd göstərilmişdi. Onun Əlcəzair millisinin heyətində bu ilin martın ayının 26-da Cənubi Afrikanın qapısına akrobatik tullanışla vurduğu gözəl qol ən yaxşılar sırasında yer almışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью