Puşkin muzeyində nadir freska nümayiş etdiriləcək

04.02.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Moskvadakı Puşkin muzeyində e.ə. IV əsrə aid freska nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, döyüşçü təsvir edilmiş freska Akademik Qrabar adına Ümumrusiya İncəsənət Elmi-Restavrasiya mərkəzinin əməkdaşları tərəfindən üzə çıxarılıb.

"Bu təsvirin yanında başqa təsvirlərin olub-olmadığını bilmirik. Amma freska özlüyündə unikaldır. Atın üstündəki döyüşçü dəbilqəsiz və silahsızdır, əlində bayraq var. Bu, o deməkdir ki, döyüşçü qəhrəman kimi döyüşdən qayıdır", - muzeyin mətbuat xidmətindən bildirilib.

Kerimcan Durmaz həbs edildi İşgəncələrə məruz qalan, doğmalarını itirən qadınlar - MÜSAHİBƏ Məşhur azərbaycanlı reper narkotik və oğurluğa görə saxlanıldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью